“Real”ın hücumçusu Alvaro Morata İngiltərəyə köçməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu, çox güman ki, karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
25 yaşlı forvardla bir müddət əvvəl anlaşan “qırmızı şeytanlar”, nəhayət ki, “Real” rəhbərliyi ilə də ortaq məxrəcə gəlib. Tərəflər arasındakı razılığa görə, İspaniya klubu bu keçiddən 60 milyon avro qazanc götürəcək. “Mançester Yunayted”in iyulun 6-da transferi rəsmən açıqlaması gözlənilir.
Qeyd edək ki, “Real” Alvaro Moratanı ötən ilin yayında 30 milyon avro müqabilində “Yuventus”dan qaytarmışdı.