[b]“Mançester Yunayted” kimin üçün 100 milyon təklif etdi?[/b]
14.02.2017 - 20:29
“Mançester Yunayted” Tomas Mülleri heyətində görmək istəyirmiş. Apasport.az saytının məlumatına görə, bu barədə “Bavariya”nın maliyyə direktoru Yan Kristian Drezen məlumatı verib.
O bildirib ki, bir neçə il əvvəl “qırmızı şeytanlar” almanlara rəsmi faks göndərərək Mülleri heyətində görmək istədiyini bildirib. İngilislər onun üçün 100 milyon avrodan da artıq məbləğ təklif ediblər. Ancaq “Bavariya” heç bir halda hücumçusunu satmayacağını bildirib.
Qeyd edək ki, münhenlilərin daha bir yetirməsi Bastian Şvaynştayger “Mançester Yunayted”ə transfer edilib.
0
0