[b]“Mançester Yunayted”in sabiq futbolçusu ürəktutmasından vəfat edib[/b]
04.04.2018 - 18:32
[b]“Mançester Yunayted”in sabiq futbolçusu ürəktutmasından vəfat edib[/b]

İngiltərəli sabiq futbolçu Rey Uilkins vəfat edib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ötənlərin ulduz oyunçusu 61 yaşında dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir..

 

Uilkins karyerasını ərzində “Mançester Yunayted”, “Çelsi” və “Milan” kimi klublarda çıxış edib. Keçmiş yarımmüdafiəçi karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, Uilkinsin son iş yeri “Aston Villa” komandası olub. 2015-ci ildə bu klubda köməkçi məşqçi kimi çalışan mütəxəssis son 3 ildə idman şərhçisi də işləyib.