[b]“Mançester Yunayted”dən Beylə təklif[/b]
07.09.2016 - 13:20
[b]“Mançester Yunayted”dən Beylə təklif[/b]

Madrid “Real”ı aparıcı oyunçularından olan Qaret Beyllə vidalaşa bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” maraqlanır.

 

“Mankunianlar” Beylin agenti ilə danışıqlara start veriblər. “Mançester Yunayted” rəhbərliyi bu transferi həyata keçirməkdə israrlıdı.

 

Beyl təklifi qəbul etsə də, Premyer Liqa klubunda ilinə 16,7 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən transfer olunub.