“Mançester Yunayted” klubu isveçli futbolçu Zlatan İbrahimoviçə yeni təklif irəli sürəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “mankunianlar” 35 yaşının hücumçunun gələcəkdə Mançester klubunda məşqçi kimi çalışmasını istəyirlər.
Bu isə o deməkdi ki, İbrahimoviç razılaşsa, futbolçu karyerasını başa vurduqdan sonra “qırmızı şeytanlar”da məşqçi kimi fəaliyyət göstərə bilər.
Klubun rəhbərliyinin “İbra”ya bu təklifi baş məşqçi Joze Mourinyonun istəyi ilə irəli sürdüyü bildirilir.
Qeyd edək ki, “Mançester Yunayted”ə yayda keçən İbrahimoviç hazırkı komandasında 25 rəsmi oyunda 16 qola imza atıb.