[b]“Mançester Yunayted”dən Villiana 25 milyonluq təklif[/b]
26.11.2016 - 10:55
[b]“Mançester Yunayted”dən Villiana 25 milyonluq təklif[/b]

“Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Villian klubunu dəyişə bilər. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

“Mankunianlar” Villianı qış “transfer pəncərəsi”ndə heyətlərinə qatmaq arzusundadılar. Komandanın baş məşqçisi Joze Mourinyo “sambaçı”nın nəyin bahasına olursa-olsun, alınmasını tələb edib. “Mançester Yunayted” rəhbərliyi bu keçidin baş tutması üçün 25 milyon avro xərcləməyə hazırdı.

 

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”nin formasını geyinən Villian 2011-ci ildən Braziliya yığmasına da dəvət alır.