[b]“Mançester Yunayted”in terror qorxusu[/b]
12.12.2016 - 13:32
[b]“Mançester Yunayted”in terror qorxusu[/b]

“Beşiktaş”ın stadionu “Vodafon Arena”nın yaxınlığında baş verən partlayış Avropa klublarını təşvişə salıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xüsusən də, ingilis klubları təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəliblər.

 

Bu baxımdan “Mançester Yunayted” xüsusi fəallığı ilə seçilib. Dünən Premyer Liqa çərçivəsində “Tottenhem”i qəbul edən “qırmızı şeytanlar” matçdan öncə “Old Trafford” stadionunun içində və həndəvərində axtarış işləri aparıblar. Oyunun gedişində də təhlükəsizlik tədbirlərini artıran “mankunianlar” Avropa Liqasının 1/16 final mərhələsində Türkiyə klublarından birinə rəqib olmaqdan çəkinir. Bu gün atılacaq püşk İngiltərə nəhəngini Türkiyə təmsilçilərindən “Beşiktaş” və “Osmanlıspor”a rəqib edə bilər.

 

Qeyd edək ki, dünən İstanbulda baş verən terror hadisəsi zamanı 39 polis şəhid olub.