[b]“Mançester Yunayted”in zədəli futbolçusu qayıdır[/b]
24.04.2017 - 14:54
[b]“Mançester Yunayted”in zədəli futbolçusu qayıdır[/b]

“Karyeram ərzində heç vaxt belə vəziyyətlə üzləşməmişdim. Bu ay mənim üçün gec keçdi”. Apasport.az saytı xəbər verir ki, bunu “Mançester Yunayted”in ispaniyalı futbolçusu Xuan Mata deyib.

 

Zədəsi ilə əlaqədar, mövsümü bağladığı haqda xəbər yayılan 29 yaşlı yarımmüdafiəçi bunu təkzib edib.

 

O, mövsümün son oyunlarında komandasına kömək etmək şansının olduğunu vurğulayıb: “Hazırda özümü əvvəllə müqayisədə xeyli yaxşı hiss edirəm. Ən qısa zamanda yaşıl meydanlara qayıdacağıma inanıram. Mövsümün son oyunlarında komandama kömək etmək istəyirəm. Ümid edirəm ki, bu, reallaşacaq. Yeganə istəyim sıraya dönmək, son matçlarda “Mançester Yunayted”ə xeyir verməkdi”.

 

Qeyd edək ki, Xuan Mata 2014-cü ildən “Mançester Yunayted”in formasını geyinir.