“İlk yarıda istədiyimiz futbolu sərgiləmədik. Fasilədən sonra oyunda dönüş yarada bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşçqisi Vəli Qasımov deyib.
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşmasında öz meydanında “Qəbələ” ilə qollu bərabərliyə razılaşan “ağ-qaralar”ın çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “Ramosun yoxluğu oyunumuza mənfi təsir etdi, müdafiədə boşluqlar yaratdı”.
- Hakimlik barədə nə deyə bilərsiz?
- Hakimlik barədə danışmaq istəmirəm. Mən daha çox özümüzdə səhvlər axtarıram.
- Ailtonu ehtiyatda saxlayıb, sonradan meydana buraxmağınız nə ilə bağlı idi?
- Çox risk etmək istəmədim. Dediyim kimi, Ramosun olmaması müdafiədə problem yaradır. Ailton da hücumameyilli oyunçu olduğu üçün risk etmək istəmədim.