Ulduz futbolçu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu özünəməxsus fikri ilə ənənəsinə sadiq qalıb.
Avropa Liqasının (AL) nüfuzuna toxunan İbrahimoviç turnirin səviyyəsinin aşağı olmadığını bildirib.
“İbra” 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Anderlext”lə keçirilmiş matçdan (1:1) sonra qeyd edib ki, onun iştirakı Avropa Liqasının nüfuzunu yüksəldir: “Mən meydana çıxanda Avropa Liqası Çempionlar Liqasına çevrilir. Turnirin nüfuzunu qaldırıram”.
Qeyd edək ki, Zlatan İbrahimoviç “Mançester Yunayted”in heyətində AL-in cari mövsümündə 5 qola imza atıb.