[b]“Məqsədim het-trik etməkdi” – Alvaro Morata[/b]
11.09.2017 - 16:10
[b]“Məqsədim het-trik etməkdi” – Alvaro Morata[/b]

“Çempionlar Liqası mənim həm klub, həm də şəxsi karyeram baxımından qazana biləcəyim əsas mükafatdı”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin hücumçusu Alvaro Morata deyib.

 

Yay fasiləsində “Real”dan 85 milyon avro müqabilində “Çelsi”yə keçən ispaniyalı forvard yerli mətbuata açıqlamasında Çempionlar Liqasındakı hədəflərindən danışıb. Sabah qrup mərhələsinin ilk turunda “Qarabağ”ı qəbul edəcək “zadəganlar”ın forvardı 3-cü dəfə bu titula sahib olmaq arzusundadı.

 

Yeni komandasında mövsümə uğurlu start götürən 25 yaşlı futbolçu özü də qollarının davamına çalışdığını əlavə edib: “Həm “Real”da, həm də “Yuventus”da bu turnirdə iştirak etmə təcrübəm olub. Üstəlik, titul da qazanmışam. Bu mövsüm yenidən Çempionlar Liqasını qazanmağı hədəfləyirəm. Bunu bacarsaq, mənim üçün xüsusi uğur olacaq. İki dəfə bu turnirin qalibi olmuşam. Məqsədim het-trik etməkdi. Karyeram davam etdikcə titullarımın sayını da artırmağa çalışacam. “Çelsi”nin heyətində qollarımı sıralamaq və arzularmı reallaşdırmaq üçün əlimdən gələni edəcəm. “Real”dan ayrılmağımın da səbəbi bu oldu”.

 

Qeyd edək ki, Alvaro Morata 2013-14 və 2016-17 mövsümlərində “Real”ın heyətində Çempionlar Liqasının qalibi olub.

0