[b]“Mərhələyə adlamasaq, özümüzə heç cür bəraət qazandıra bilmərik” [/b] - FOTO
19.07.2016 - 15:35
[b]“Mərhələyə adlamasaq, özümüzə heç cür bəraət qazandıra bilmərik” [/b] - FOTO

“Çox yaxşı komandamız var. Heyətimizdə gənc futbolçular çoxluq təşkil edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Admira” klubunun kapitanı Daniel Tot deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriya təmsilçisi sabah “Kəpəz”in qonağı olacaq.

 

İlk oyunda ehtiyatda qalan Tot cavab görüşü ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, “Admira”nın növbəti mərhələyə adlamamağa ixtiyarı yoxdu: “İlk oyundakı heyətin meydana çıxıb-çıxmamasına baş məşqçi qərar verəcək. Bir və ya iki futbolçuya istirahət lazım olub-olmadığını da o müəyyənləşdirəcək. “Admira”da hər futbolçunu əvəzləyə biləcək oyunçu var. Növbəti mərhələyə adlamasaq, özümüzə heç cür bəraət qazandıra bilmərik”.

 

Qeyd edək ki, bu komandaların ilk görüşü “Admira”nın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Kəpəz” və “Admira” arasında “Dalğa Arena”da keçiriləcək cavab matçı isə saat 20:00-da start götürəcək. 

 

0