[b]“Məşqçini qovmaq üçün iyrənc üsullara əl atmaq utancvericidi”[/b]
21.06.2017 - 12:31
[b]“Məşqçini qovmaq üçün iyrənc üsullara əl atmaq utancvericidi”[/b]

Ramiz Məmmədovun uzun fasilədən sonra yenidən futbola qayıtması heç də birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin sabiq çalışdırıcısının “İnter”də əvəzedici heyət üzrə koordinator təyin edilməsi müxtəlif söz-söhbətlərə yol açıb.

 

Azərbaycanda son illər adəti üzrə hansısa kluba idman direktoru təyin olunan şəxs çox keçməmiş baş məşqçi vəzifəsinə gətirilir. Bu da “torba tikmə” əməliyyatını qabarıq şəkildə üzə çıxarır. Artıq klublarda hansısa vəzifəyə məşqçi gətirilirsə, oranın baş məşqçisi çemodanlarını yavaş-yavaş hazırlamağa başlayır. Çünki belədə gələcəyi proqnozlaşdırmaq üçün münəccim olmağa ehtiyac qalmır.

 

Ramiz Məmmədovun da “İnter”ə gəlişi haqlı olaraq bu söz-söhbəti yenidən alovlandırıb. Onun ilk dəfə eşitdiyimiz əvəzedici heyət üzrə koordinator vəzifəsində çox qalmayacağı gözləniləndi. Çox güman ki, bundan sonrakı marşrut əsas komandaya, baş məşqçiliyə hesablanıb. Bunun reallaşması üçün də yəqin ki, “İnter”in ilk büdrəmə tarixini gözləmək lazım gələcək.

 

Son təyinata media nümayəndələrinin münasibətlərini öyrəndik. İdman jurnalistləri bu məsələ ilə bağlı müxtəlif fikirdədilər...

 

Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “Azərbaycan Premyer Liqasında vur-tut 8 klubun olması yerli mütəxəssislərə də iş tapmaq baxımından problem yaradır. Bizimkilərin birinci divizion komandalarında işləməyi özlərinə sığışdırmamağı isə çoxdankı mərəzdi. İndi də Ramiz Məmmədovun "İnter"də əvəzedici heyət üzrə koordinator təyin olunması dərhal şübhələrə yol açır ki, rəhbərlik Zaur Svanadzeni onunla əvəz edəcək. Ola bilər ki, gələcəkdə Məmmədov "İnter"in baş məşqçisi olsun. Amma komanda Avropa Liqasında mübarizəyə başlamadan, hətta növbəti mövsüm üçün də Svanadzeyə şans verməyi gözləmədən baş məşqçi postunda dəyişiklik etmək axmaqlıq olar. Gürcü mütəxəssis "İnter"in imkanlarına görə kifayət qədər yaxşı iş görüb. Bir daha deyirəm, onu əvəz etmək axmaqlıq, futbolu qanmamaqdı. Amma o da ola bilər ki, bizdə artıq məşhurlaşan “torba tikmə” əməliyyatı "İnter"də özünü göstərər və Svanazde süni uğursuzluğa düçar olar. İnanaq ki, Allah Svanadzeni azərbaycanlı mütəxəssislərin məkrindən, hiyləsindən qoruyacaq”.

 

Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Svanadzeni çox yaxşı tanıyıram. Zaur Aleksandroviç qüvvədə olan müqaviləyə xitam verilmək təklifi alsa, hansısa təzminat tələbi irəli sürməyəcəyini düşünürəm. Bu üzdən də klub rəhbərliyi hazırkı baş məşqçiylə vidalaşmaq istəsə, hansısa problemlə üzləşməyəcəyini düşünürəm. Dolayısı ilə indiki durumda Svanadzenin uzaqlaşdırılması mənə inandırıcı gəlmir. Çünki istəsəydilər Ramiz Məmmədovu birbaşa baş məşqçi postuna gətirərdilər. O başqa məsələ ki, “İnter” uğursuzluq zolağına düşsün. Belədə gürcü mütəxəssisin üstünü “Damokl qılıncı” mütləq kəsdirəcək. Yəni uğursuzluq yaşansa, Zaur Aleksandroviç vəzifəsində qala bilməyəcək. Belədə Ramiz Məmmədovun və ya bir başqasının gətirilməsinin Svanadze üçün heç bir fərqi olmayacaq. Svanadze nəticə versə, heç inanmıram ki, klub rəhbərliyi uğurlu məşqçini istefaya göndərsin. Hər şey nəticələrdən asılı olacaq”.

Vəzifənin adına bax: əvəzedici heyət üzrə koordinator. “İnter” nə böyük klubdu, nə qədər geniş işləri var ki, əvəzedici heyət üzrə koordinator gətirir? “İnter”in, ümumiyyətlə, gələcəyi sual altındadı. Bu vəziyyətdə əvəzedici heyət üzrə koordinator gətirməklə, fikirləşirəm ki, Ramiz Məmmədovu Zaur Svanadzenin yerinə hazırlayıblar. Mənə elə gəlir ki, Avropa Liqasında “Mladost” səddi keçilməsə, dərhal bu əvəzləmə baş tutacaq.

Vüsal Mahmudov (futbolinfo.az saytının baş redaktoru): “Ramiz Məmmədovun Zaur Svanadzenin xələfi olacağına əminəm. Çünki onun birdən-birə peyda olması və indiyədək mövcud olmayan posta təyinatı aşkar şəkildə buna işarədi. Əvəzedici heyət üzrə koordinator vəzifəsi “İnter” rəhbərliyinin “kəşf”idi və müvəqqəti vəzifə olduğuna şübhə yoxdu. Tezliklə bu şübhələrin əsaslı olduğunu görəcəksiz. Dünəndən mətbuat bu barədə xeyli xəbər yazıb, hamı şübhəsini bildirib. Çünki Ramiz Məmmədovun keçmişi, karyerası, etdikləri, “Qəbələ”də Fatih Kavlakın başına açdırdığı oyunlar hamıya bəllidi. Bakı klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun Azərbaycan Futzal Federasiyasında necə işlədiyini də görmüşük. Ona görə hamı nə baş verəcəyini dəqiq bilir. “İnter” rəhbərliyi bu xəbərləri təkzib etmədikcə mətbuatın fikri dəyişməyəcək. Yalandısa, buyurub təkzib etsinlər, amma etmirlər, çünki 15-20 gündən sonra yalançı çıxıb daha çətin duruma düşəcəklər. Bu, ən çətin günlərdə “İnter” üçün hər şey edən Svanadzeyə qarşı hörmətsizlikdi. Normal şəkildə istefaya göndərib Ramiz bəyi gətirsəydilər, heç kim bir söz deməzdi. Lakin oyun oynamaq, məşqçini qovmaq üçün iyrənc üsullara əl atmaq utancvericidi”.

 

İlkin Xəlilov (ATV telekanalının əməkdaşı): “Praktika göstərir ki, Azərbaycan klublarında bu cür vəzifələr mövcud baş məşqçi üçün potensial təhlükədi. Klub rəhbərliyi belə vəzifələrə kimisə təyin edəndə, sanki onu baş məşqçinin yerinə hazırlayır. Məsələn, vaxtilə “Bakı” klubunda Böyükağa Hacıyev prezidentin müşaviri vəzifəsinə gətiriləndən sonra Əsgər Abdullayev baş məşqçi postunda çox davam gətirə bilməyib. Texniki direktor, idman direktoru nümunələri də var. Əslində bu vəzifələrin konkret səlahiyyəti bilinmir və həyat göstərib ki, onlar tezliklə baş məşqçini əvəzləyiblər.

Vəzifənin adına bax: əvəzedici heyət üzrə koordinator. “İnter” nə böyük klubdu, nə qədər geniş işləri var ki, əvəzedici heyət üzrə koordinator gətirir? “İnter”in, ümumiyyətlə, gələcəyi sual altındadı. Bu vəziyyətdə əvəzedici heyət üzrə koordinator gətirməklə, fikirləşirəm ki, Ramiz Məmmədovu Zaur Svanadzenin yerinə hazırlayıblar. Mənə elə gəlir ki, Avropa Liqasında “Mladost” səddi keçilməsə, dərhal bu əvəzləmə baş tutacaq. “İnter” mərhələ keçsə belə, uzağı 1-2 aya bu dəyişiklik reallaşacaq. Yəni Ramiz Məmmədov ora elə-belə gəlməyib. “İnter” rəhbərliyinin bu addımını pisləyirəm. Çünki Zaur Svanadze öz işi, xarakteri ilə Azərbaycan futbol ictimaiyyətinin, mətbuatın hörmətini qazanmış şəxsdi. Bu cür insana güvənmək daha doğru olardı, nəinki Ramiz Məmmədova”.

 

Elnur Məmmədli (“CBC Sport” telekanalının əməkdaşı): “Düzü, birinci dəfədi görürəm ki, hər hansı komandada əvəzedici heyət üzrə koordinator ştatı yaradılır. Adətən əvəzedici heyətdə məşqçi, inzibatçı olar, həkim olar. Koordinatorun işinin nədən ibarət olacağı, onun səlahiyyətlərinə nələrin daxil ediləcəyi mənə məlum deyil. Amma belə addımlar heç vaxt müsbət nəticə verməyib. Bu, Zaur Svanadze üçün “Damokl qılıncı” deməkdi. Gürcü mütəxəssis indidən Gürcüstanda və ya digər hansısa ölkədə özünə klub axtara bilər. Hər hansı cüzi uğursuzluq olsa, yəqin ki, o, “İnter”də qalmayacaq”.

 

Sərxan Musalı (“Futbol+” qəzetinin əməkdaşı): Məmmədov yenidən futbola qayıdıb. Zaur Axundovun onu adaşının yerinə gətirməyə hazırlaşdığını düşünənlərdənəm. Bunu heç bir halda ədalətli addım saymıram. Təki biz yanılaq. Baş məşqçi dəyişikliyi indiki dövrdə “İnter”ə sərf etməz”.

 

0