[b]“Milan” hücumçusunu göndərdi[/b]
18.07.2017 - 15:01
“Transfer bazarı”nın ən fəal komandası olan “Milan” heyətində “təmizləmə işləri” də aparır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “rossonyerlər” Canluka Lapadula ilə yollarını ayırıblar.
Ötən il “Peskara”dan transfer edilən 27 yaşlı hücumçu “Cenoa” klubuna bir illik icarəyə verilib. “Cenoa” gələn yay forvardı 11 milyon avroya transfer etmək hüququna malik olacaq. Keçid baş tutarsa, Lapadula genuyalılarla 2022-ci ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, Canluka Lapadula ötən mövsüm “Milan”ın heyətində keçirdiyi 29 oyunda 8 qola imza atıblar.
- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
0
0