[b]“Milan”ı aparan təyyarədə problem[/b]
20.12.2016 - 20:24
[b]“Milan”ı aparan təyyarədə problem[/b]

“Milan”ı Qatara aparacaq təyyarə reysi təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb hava gəmisində yaranmış nasazlıq olub.

 

Belə ki, əvvəlcə 1 saat gecikən uçuş, sonra ümumiyyətlə, ləğv edilib. Bu gün günün ikinci yarısında Dohada olmalı olan “rassioneri”lər ən yaxşı halda sabah uçuş edə biləcəklər.

 

Qeyd edək ki, “qırmızı-qaralar” Qatara “Yuventus”la İtaliya Super Kuboku uğrunda oyun üçün gedir. Matç isə dekabrın 23-də keçiriləcək.