[b]“Milan”ın oyunçusu Turinə yollanır[/b]
30.08.2017 - 20:43
[b]“Milan”ın oyunçusu Turinə yollanır[/b]

“Milan” oyunçusu Mbaye Nyanqı satmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, oyunçu üçün “Torino” əsas namizəddir.

 

Turinlilər gənc yarımmüdafiəçinin əvəzində “rssionerilər”ə 12 milyon avro və əlavə bonus olaraq da 4 milyon ödəməyə hazırdı. Milanlılar isə bu anlaşma ilə razılaşmaq istəmirlər. Onların tələbi 15 milyon nağd, 2-3 milyon isə bonusdur. Hələlik tərəflər arasında danışıqlar davam edir.

 

“Football İtalia”nın məlumatına görə, yaxın günlərdə müəyyən anlaşma əldə olunacaq.

 

Qeyd edək ki, yay transfer dövrünün ən fəal klublarından olan “Milan” heyətini demək olar ki, tamamilə yeniləyib.