[b]“Mladost” Bakıda başladı[/b]
05.07.2017 - 01:09
“Mladost” Bakıda ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ikinci matçında “İnter”in qonağı olacaq serblər Azərbaycan millisinin bazasının ehtiyat meydançasında hazırlaşıblar.
Nenad Milovanoviçin komandası sabah oyunun keçiriləcəyi “Dalğa Arena”nın əsas meydançasında məşq keçəcəklər.
Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena” baş tutacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk matçda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.
0
0