[b]“Mladost” Bakıya tam heyətlə gəldi[/b]
04.07.2017 - 10:01
[b]“Mladost” Bakıya tam heyətlə gəldi[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində “İnter”in qonağı olacaq “Mladost” ölkəmizə təşrif buyurub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Serbiya təmsilçisi paytaxtımıza dünən gecə İstanbul reysi ilə gəlib.

 

Baş məşqçi Nenad Milovanoviç iştirak ərizəsinə salınan 23 oyunçunun hamısını cavab qarşılaşmasına gətirib. Bununla yanaşı, 4 məşqçi, 1 həkim, 2 fizioterapevt və 1 klub rəsmisi də heyətdə yer alıb.

 

Bakıya gələn futbolçular:

Qapıçılar: Nemanya Krznariç, Zlatko Zeçeviç, Draqan Rosiç

Müdafiəçilər: İvan Miloşeviç, Sinişa Saniçanin, Nikola Andriç, Yanko Tumbaşeviç, Boqdan Miloşeviç, Miloş Şatara

Yarımmüdafiəçilər: Stefan Qoluboviç, Xusniddin Qafurov, Uroş Sindiç, Aleksandr Peyoviç, İvan Peşiç, Nenad Marinkoviç, Vladimir Radivoyeviç, Predraq Pavloviç, Veljko Kiyevçanin

Hücumçular: Saşa Yovanoviç, Nenad Qavriç, Miloş Trifunoviç, Obiora Odita, İvan Markoviç.

 

Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena” baş tutacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk matçda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.