[b]“Monako” və “Barselona”dan unikal göstərici[/b]
05.02.2017 - 00:57
[b]“Monako” və “Barselona”dan unikal göstərici[/b]

“Monako” Fransa Liqa 1-də “Nitsa” üzərində qələbə qazanıb (3:0). Apasport.az saytının məlumatına görə, bu oyunla bərabər “knyazlıq klubu” mövsümdəki 100-cü qolunu vurub.

 

Bununla da Leonardo Jardimin yetirmələri “Barselona”dan sonra 100 qol həddini keçən ikinci komanda olub.

 

Qeyd edək ki, “Atletik”i məğlub edən katalonlar (3:0) bu mövsüm Avropada bütün turnirlərdə 100 qol vuran ilk komandadı.