“Monako”nun futbolçusu Tyomue Bakayoko mövsümün sonunda komandasını dəyişə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Knyazlıq təmsilçisi adı müxtəlif klublarla birgə hallanan yarımmüdafiəçini satmağa hazırdı.
“Monako” rəhbərliyi Bakayokonun transfer qiymətini də açıqlayıb. 22 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub 60 milyon avrosundan keçməli olacaq. Fransızlar yalnız bu məbləğ qarşılığında Bakayokonun yayda başqa kluba keçidinə razılıq verəcəklərini bildiriblər.
Qeyd edək ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Bakayoko 2014-cü ildən “Monako”nun formasını geyinir.