[b]“Napoli”də yeni futbolçu[/b]
04.07.2017 - 23:01
“Napoli” heyətini gücləndirməyə davam edir. Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi “Bordo”dan Adam Unası transfer edib.
Bu barədə klubundan məlumat yayılıb. Lakin müqavilənin detalları barədə ətraflı məlumat verilməyib. İtaliya mətbuatı isə keçidin “Napoli”yə 10 milyon avroya başa gəldiyini iddia edib.
Qeyd edək ki, Unas yetirməsi olduğu “Bordo”da 2015-ci ildən bəri çıxış edirdi. 21 yaşlı futbolçu son iki mövsümdə Fransa klubunda keçirdiyi 49 oyunda 8 qola imza atıb.
0
0