[b]“Neftçi” 23 qat çempionla qarşılaşacaq[/b]
19.06.2015 - 18:25
Avstriya təlim-məşq toplanışında olan “Neftçi” sabah ilk yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakı klubu Macarıstan təmsilçisi MTK ilə görüşəcək.
Bu matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
1888-ci ildə yaradılan MTK 125 illik tarixində 23 dəfə ölkə çempionatının qalibi olub. Budapeşt təmsilçisi 12 dəfə ölkə kubokunu qazanıb.
0
0