[b]“Neftçi” 2 futbolçusunu Latviya klubuna icarəyə verdi[/b]
29.02.2016 - 21:15
[b]“Neftçi” 2 futbolçusunu Latviya klubuna icarəyə verdi[/b]

"Neftçi" 2 futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlını Latviyanın "Dauqava" klubuna icarəyə verib. Apasport.az saytı xəbər verir ki,  müqaviləyə görə hər iki futbolçu 2016-cı il iyunun 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcək.

Latviya çempionatının (2012) və kubokunun (2008) qalibi olmuş "Dauqava" 2 dəfə (2011-ci və 2013-cü illərdə) bürünc medala sahib çıxıb. Heyətində 4 ukraynalı futbolçu olan "Dauqava" klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniles Yakovlevs qış transfer dövründə İtaliyanın "Peruca" klubu tərəfindən transfer edilib.

 

komanda.az