[b]“Neftçi” 56 gün sonra 5-də dayandı[/b]
02.10.2016 - 00:40
[b]“Neftçi” 56 gün sonra 5-də dayandı[/b]

Topaz Premyer Liqasının VII turunda “Kəpəz”lə qarşılaşan “Neftçi” 2:0 hesablı qələbəyə sevinib. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 oyunda məğlub olaraq öz antirekordunu “təkmilləşdirən” “ağ-qaralar” nəhayət bu uğursuz seriyanı qıra bilib.

 

Premyer Liqanın II turunda “Zirə”yə 0:1, III turda “Qarabağ”a 0:3, IV turda “Qəbələ”yə 0:8, V turda isə “İnter”ə 1:2 və VI turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan “Neftçi” 56 gün sonra qələbə sevinci yaşayıb.

 

Qeyd edək ki, hazırda aktivində 6 xal olan paytaxt təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.