[b]“Neftçi” “3”ləri qoşalaşdırdı[/b]
02.03.2016 - 16:30
[b]“Neftçi” “3”ləri qoşalaşdırdı[/b]

 “Neftçi” ardıcıl 2 oyunda 3 qol buraxıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının fevralın 27-də “Zirə” ilə səfərdə keçirilən qarşılaşmasında 0:3 hesabı ilə uduzan “ağ-qaralar” bu gün Azərbaycan kubokunun 1/4 finalında “Xəzər Lənkəran” qarşısında aciz qalıb – 2:3.

 

Azərbaycanın ən köklü və ən titullu klubunun bu dərəcədə acınacaqlı duruma düşüb, ardıcıl 2 dəfə 3 və ya daha çox qol buraxması isə nadir hadisədi. Bakılılar sonuncu dəfə bu halla təxminən 3 il yarım öncə üzləşib.

 

2012-ci il sentyabrın 24-də “Sumqayıt”la çempionat matçında 2:3 hesabına üzülmüşdü. Oktyabrın 4-də isə “Neftçi” Avropa Liqasının qrupunda İtaliya “İnter”i ilə görüşmüşdü. Milan təmsilçisi Bakıda 3:1 hesablı qələbəyə sevinmişdi.

 

Amma 2012-ci ildə ardıcıl iki oyunda 3 qol buraxan “Neftçi”ni məyus edənlərdən biri bütün dünyada tanınmış “Neradzurra” olmuşdu. İndi isə hər iki görüş daxili arenada baş tutub və əcnəbilər deyil, öz klublarımız Əsgər Abdullayevin yetirmələrinə cüt “3” verib.