[b]“Neftçi” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi[/b]
07.03.2017 - 11:33
[b]“Neftçi” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi[/b]

Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tur iki gün davam edəcək.

 

IV dövrənin ilk matçı Gəncədə baş tutacaq. Martın 13-də keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 15:00-da başlayacaq.

 

“Neftçi” və “Qəbələ” arasında mərkəzi oyun isə ertəsi gün saat 20:00-da start götürəcək.

 


Azərbaycan Premyer Liqası

XXII tur

 

13 mart (bazar ertəsi)

15:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu

18:00. “İnter” – “Sumqayıt”
“İnter Arena”

14 mart (çərşənbə axşamı)

18:00. “Qarabağ” – AZAL
“Azərsun Arena”


20:00. “Neftçi” – “Qəbələ”
8-ci km qəsəbə stadionu