[b]“Neftçi” – “Zirə” oyununda FİFA hakimi[/b]
15.09.2017 - 18:07
[b]“Neftçi” – “Zirə” oyununda FİFA hakimi[/b]

Azərbaycan Premyer Liqasının V turunun bütün təyinatları məlumdur. Apasport.az saytının məlumatına görə, şənbə və bazar günləri keçiriləcək görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

FİFA hakimlərindən yalnız Əliyar Ağayev oyun idarə edəcək. O, “Neftçi” – “Zirə” qarşılaşmasında fit çalacaq.

 

Azərbaycan Premyer Liqası

V tur

16 sentyabr (şənbə)

 

16:30. “İnter” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

“İnter Arena”

 

19:00. “Neftçi” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

8-ci km stadionu

 

17 sentyabr (bazar)

 

21:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Füzuli Nəcəfov

“Dalğa Arena”

 

18:30. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Tofiq Bəhramov adına Respublika stadionu