[b]“Neftçi” “Kəpəz”ə qol vura bilməyəcək?[/b]
08.04.2017 - 00:01
[b]“Neftçi” “Kəpəz”ə qol vura bilməyəcək?[/b]

Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, görüş iki komanda arasında 47-ci matç olacaq.

 

Geridə qalan 46 oyunun 17-də meydan sahibləri qələbə qazanıbsa, 21 matçda “ağ-qaralar” 3 xala sevinib. Qalan 8 oyunda isə bərabərlik qeydə alınıb.

 

Paytaxt klubu 69 qol vurubsa, “Kəpəz” 43 dəfə rəqibini məyus edib. Gəncəlilər son 3 ev oyununu qolsuz tərk etməyiblər. Həmçinin, iki komanda arasındakı son 3 matçda qonaqlar qol vura bilməyiblər.

 

Qeyd edək ki, 24 oyundan sonra “Neftçi” 26 xalla 6-cı, “Kəpəz” isə 24 xalla 7-ci pillədə qərarlaşıb.