[b]“Neftçi” “Qəbələ” ilə oyuna 2 itki ilə çıxacaq[/b]
25.04.2016 - 11:51
[b]“Neftçi” “Qəbələ” ilə oyuna 2 itki ilə çıxacaq[/b]

“Neftçi” ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 27-də “Qəbələ” ilə ilk görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” matçın hazırlığını 8-ci km qəsəbə stadionunda davam etdirirlər.

 

Bölgə təmsilçisi ilə oyunu “Neftçi”nin 2 aparıcı üzvü buraxacaq. Söhbət Xuan Alberto Melli və Erik Ramosdan gedir.

 

Zədəli olduğu üçün “Zirə” ilə çempionat oyununda meydana çıxmayan Melli yenə komandasına kömək edə bilməyəcək. Belə ki, tibbi müayinədən keçdikdən sonra müdafiəçinin durumunun yaxşı olmadığı və bu matçı da buraxmalı olduğu üzə çıxıb. Mellinin Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “Qəbələ” ilə qarşılaşmada da iştirakı sual altındadı. Həkimlər 32 yaşlı ispaniyalı futbolçunu həmin görüşə kimi hazır vəziyyətə gətirmək istəyirlər.

 

Erik Ramos isə cəzalı olduğu üçün “Qəbələ” ilə kubok matçını buraxacaq. O, “qırmızı-qaralar”la çempionat görüşündə komandasına kömək edə biləcək.