Ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” matçının məkanı bəlli olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” rəqibi 8-ci km qəsəbə stadionunda qəbul edəcəklər.
Paytaxt klubu Topaz Premyer Liqasının XIV turunda AZAL-ı “Dalğa Arena”da qonaq etmişdi. Buna səbəb qarlı havanın 8-ci km stadionunun ot örtüyünü yararsız hala salması idi. Lakin bu problem artıq aradan qaldırıb. Bu isə o deməkdi ki, “Neftçi” “Zirə”ni ev oyunlarını keçirdiyi arenada qəbul edə biləcək.
Qeyd edək ki, dekabrın 21-də keçiriləcək “Neftçi” – “Zirə” görüşü saat 17:00-da start götürəcək.