[b]“Neftçi” də qələbə qazanarmış[/b]
10.02.2017 - 09:45
[b]“Neftçi” də qələbə qazanarmış[/b]

“Neftçi” Azərbaycan Premyer Liqasındakı qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Bakı klubu XVII turun “İnter”lə səfər qarşılaşmasında 3:1 hesabı ilə qalib gəlib.

 

“Ağ-qaralar” bunadək son 5 çempionat oyununda qələbə üzünə həsrət qalmışdı. Paytaxt təmsilçisinin son uğuru isə məhz elə “İnter”lə görüşdə qeydə alınmışdı.

 

Ötən il noyabrın 5-də “İnter”ı qəbul edən Elxan Abdullayevin yetirmələri 2:1 hesbaına sevinmişdi. 96 gündən sonra azarkeşlərini sevindirən “Neftçi” bu müddətdə 5 matçda 1 xal əldə etmişdi.

 

“Sumqayıt” və “Kəpəz”ə 0:2, AZAL-la “Qəbələ”yə 0:1 hesabı ilə uduzan bakılılar yalnız “Qarabağ”dan xal qoparmışdı – 1:1.