[b]“Neftçi” ECA-nın tamhüquqlu üzvü oldu[/b]
05.07.2017 - 13:27
[b]“Neftçi” ECA-nın tamhüquqlu üzvü oldu[/b]

“Neftçi” klubu Avropa Klublar Assosiasiyasının (ECA) tamhüquqlu üzvü olub. Apasport.az xəbər verir ki, bu barədə məlumatı “ağ-qaralar” rəsmi saytı vasitəsilə yayıb.

 

Bildirilir ki, paytaxt təmsilçisi ECA-nın tamhüquqlu üzvü statusuna yiyələnib.

 

Bu isə o deməkdi ki, növbəti iki il ərzində assosiasiyanın baş assambleyası çərçivəsində keçiriləcək seçkilərdə "Neftçi” səs hüququna malik olacaq.