[b]“Neftçi” Elxan Abdullayevlə yeni müqavilə bağladı[/b]
04.05.2017 - 14:01
“Neftçi”də baş məşqçi Elxan Abdullayevin taleyinə aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun Müşahidə Şurası çalışdırıcıya güvənmək qərarına gəlib.
Belə ki, Abdullayevlə müqavilənin müddəti artırılıb. Razılığa əsasən, o, qarşıdakı 3 ildə “Neftçi”nin “sükanı arxası”nda olacaq.
Qeyd edək ki, Elxan Abdullayev "Neftçi"yə 2016-17 mövsümünün gedişində baş məşqçi təyin edilib.
0
0