[b]“Neftçi” Məqsədinə çatmadı[/b]
01.10.2016 - 20:23
Ölkə çempionatının VII turu çərçivəsində hazırda keçirilən “Neftçi” – “Kəpəz” matçında ev sahiblərinin futbolçusu Məqsəd İsayev sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi ikinci hissənin əvvəllərində zədələnib.
İsayevin xəsarəti ciddi olduğundan, o, görüşü davam etdirə bilməyib. Nəticədə “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Məqsədi 57-ci dəqiqədə Kamal Qurbanovla əvəzləyib.
Qeyd edək ki, 1 saatı geridə qalan qarşılaşmada “Neftçi” “Kəpəz”i 1:0 hesabı ilə üstələyir.
0
0