[b]“Neftçi” rekordu yenilədi [/b]
22.12.2016 - 10:04
[b]“Neftçi” rekordu yenilədi [/b]

“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” 16-cı dəfə yarımfinala yüksəlməklə, bu göstəricidə mütləq rekordunu yeniləyib.

 

İki oyunun cəmində “Zirə”ni üstələyən (3:0, 1:2) Elxan Abdullayevin yetirmələri finalın bir addımlığınadək ən çox irəliləyən komandadı. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 14-cü dəfə yarımfinalda oynamaq hüququ qazanıb. Ağdamlılar buna “Sumqayıt”ı darmadağın etməklə nail olub – 6:0, 5:2.

 

“Üçlük”də yer alan “İnter”in 10-cu uğuru “Kəpəz” üzərində qələbə ilə rəsmiləşib – 2:0, 0:0. Digər yarımfinalçı “Qəbələ” isə 5-ci dəfə bu mərhələyə yüksəlib. Əyalət klubu AZAL-ı yolundan kənarlaşdırıb – 2:1, 1:0.

 

“Qırmızı-qaralar” yarımfinalların sayında “Kəpəz”ə çatıb. Bu iki komanda 6-cı yerə şərikdi. Belə ki, ilk “üçlük”dən başqa, 8 dəfə bu mərhələdə çıxış edən “Bakı” və “Xəzər Lənkəran” da öndə qərarlaşıb.