Sabah Topaz Premyer Liqasında XXXI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün ərzində reallaşacaq tur mərkəzi oyunla başlayacaq.
Belə ki, turun ilk günündə “Qarabağ”la “İnter” üz-üzə gələcək. Ardıcıl 11 qarşılaşmada meydanı qolsuz və xalsız tərk etməyən Ağdam təmsilçisi qələbə seriyasını 8-ə çatdırmaq iddiasındadı. Çempionluğun astanasında olan “ağ-qaralar”ı cari mövsümdə məğlub edə bilməyən “İnter” 3-cü pillədəki mövqeyini qorumaq üçün ən azı 1 xal qazanmalıdı. Üç turdu uduzmayan “bankirlər” seriyasının qırılmamağı üçün lideri də büdrətməlidi.
“Bankirlər”in uduzması “Qəbələ”nin işinə yaraya bilər. Çünki “Xəzər Lənkəran”la səfər matçında qələbə qazansa, qəbələlilər 3-cü pilləyə yüksələcəklər. Meydan sahibləri isə 19 oyunluq qələbə, 7 turluq xal həsrətinə son qoymaqla, tarixinin antirekord seriyalarını dayandırıb azarkeşlərini sevindirməlidi.
İkinci oyun gününə paytaxt derbisi ilə yekun vurulacaq. “Neftçi” indiyədək heç vaxt yenə bilmədiyi “Zirə”ni qəbul edəcək. Debütant qalib gəlsə, ilk “üçlük”də yerini təmin edə bilər. Amma bunun üçün “Qəbələ” qalib gəlməməli, “Kəpəz” isə uduzmalıdı. Zirəlilər 3 xal əldə etsələr, qələbə seriyasını 4-ə çatdıracaq. “Zirə” tilsimini qırmaq əzmində olan “Neftçi” isə AZAL-la xal fərqini azaltmaq üçün mütləq qalib gəlməlidi.
Son 3 oyunda qələbəyə həsrət qalan iki komanda Sumqayıtda qarşılaşacaq. Meydan sahibləri mükafatçılar sırasına düşməyə çalışan “Kəpəz”i qəbul edəcək. Son iki duelində qalibin müəyyənləşmədiyi rəqiblər bu dəfə 3 xal üçün mübarizə aparacaq. “Sumqayıt” uduzmasa, sonuncu pilləni tutmayacağını rəsmiləşdirəcək. Gəncəlilər isə 3-cü yerə şərik olmaq imkanından yararlanmalıdı.
Turun son görüşündə iki paytaxt təmsilçisi qarşılaşacaq. Avrokuboklara vəsiqə iddiasında olan AZAL autsayderi qəbul edəcək. “Təyyarəçilər”in qapısına yol tapmaqda çətinlik çəkən “Rəvan” sonuncu pillədən qurtulmaq uğrunda mübarizədə şanslarını artırmaq üçün 3 xal əldə etməlidi.
XXXI tur
22 aprel (cümə)
19:00. “Qarabağ” – “İnter”
Mövsümün əvvəlki oyunları: 2:0, 1:0, 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
23 aprel (şənbə)
16:30. “Xəzər Lənkəran” – “Qəbələ”
Mövsümün əvvəlki oyunları: 0:6, 0:1, 0:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“Xəzər Lənkəran” mərkəzi stadionu
19:00. “Neftçi” – “Zirə”
Mövsümün əvvəlki oyunları: 0:2, 1:1, 0:3
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km stadionu
24 aprel (bazar)
14:00. “Sumqayıt” – “Kəpəz”
Mövsümün əvvəlki oyunları: 1:3, 2:2, 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına şəhər stadionu
16:00. “Rəvan” – AZAL
Mövsümün əvvəlki oyunları: 0:1, 0:0, 0:1
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
30 |
21 |
6 |
3 |
55-19 |
69 |
|
2 |
Zirə |
30 |
17 |
8 |
5 |
39-22 |
59 |
|
3 |
İnter |
30 |
13 |
10 |
7 |
28-19 |
49 |
|
4 |
Kəpəz |
30 |
12 |
10 |
8 |
36-31 |
46 |
|
5 |
Qəbələ |
30 |
12 |
10 |
8 |
35-24 |
46 |
|
6 |
AZAL |
30 |
12 |
6 |
12 |
23-28 |
42 |
|
7 |
Neftçi |
30 |
10 |
8 |
12 |
29-33 |
38 |
|
8 |
Sumqayıt |
30 |
6 |
11 |
13 |
30-40 |
29 |
|
9 |
Xəzər L |
30 |
3 |
5 |
22 |
12-40 |
14 |
|
10 |
Rəvan |
30 |
3 |
8 |
19 |
19-50 |
11 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardir: Nelson Bonilla (“Zirə”) - 14