“Neftçi”nin təlim-məşq toplanışı üçün yollanacağı ölkə böyük ölçüdə bəlli olub. Bu barədə apasport.az saytına paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev məlumat verib.
O bildirib ki, komandanın iyulun 10-da qonşu ölkəyə yollanması daha real görünür: “Düzdü, başqa variantlar da var. Amma çox güman ki, toplanışı elə Türkiyədə keçirəcəyik. Hazırlıq proqramımızda isə heç bir dəyişiklik yoxdu”.
Qeyd edək ki, “Neftçi”nin yay hazırlığı 3 mərhələdən ibarət olacaq. İyunun 23-də bir araya gələcək və iyulun 10-na qədər Bakıda məşq keçəcək komanda həmin gün ölkə xaricinə yollanacaq. “Ağ-qaralar” iyulun 25-də vətənə dönərək, son hazırlığını öz bazasında edəcək.