Malta təmsilçiləri Azərbaycan klubları üçün münasib rəqibdi. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək “Neftçi” ilə “Baltsan”a qədər iki ölkə təmsilçilərinin bütün duellərində klublarımız mərhələ adlayıb.
“Xəzər Lənkəran” 3 il əvvəl “Slima” ilə qarşılaşmalardan sonra mərhələ adlayıb. “Qarabağ” isə 2 il öncə Çempionlar Liqasında debütünü maltalılara şou göstərməklə qeyd edib.
Əyalət klubu “Valletta”ya evdə 4 cavabsız qol vurmaqla avrokuboklardakı ən böyükhesablı qələbəsini təkrarlayıb. Evdə isə təkcə “Qarabağ” deyil, bütün klublarımızın ən fərqli qalibiyyətini rəsmiləşdirib.
Bu 4 matçda 3 qələbə qazanıb, 1 heç-heçə edən klublarımız 7 qol vurub və yalnız 1-ni buraxıb.
2013/14
Avropa Liqası
1-ci təsnifat mərhələsi
2 iyul. “Slima” (Malta) – “Xəzər Lənkəran” - 1:1
Junior Nildo
11 iyul. “Xəzər Lənkəran” – “Slima” (Malta) - 1:0
Rahid Əmirquliyev
2014/15
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
15 iyul. “Valletta” (Malta) – “Qarabağ” - 0:1
Çumbinyo
22 iyul. “Qarabağ” – “Valletta” (Malta) - 4:0
Reynaldo Silva, Çumbinyo, Danilo Dias, Leroy Corc