AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” – “Kəpəz” oyunundankı neqativ hallar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Gəncə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat məbləğində cərimə olunub.
Bu klubların əvəzedici heyətləri arasında keçirilən görüşün isə 30-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Kəpəz”in üzvü Elcan Rəhimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 100 manat ziyana salıb.