[b]“Neftçi” və “Sumqayıt” “qapazaltı” rolunda[/b]
06.03.2017 - 10:25
[b]“Neftçi” və “Sumqayıt” “qapazaltı” rolunda[/b]

Azərbaycan Premyer Liqasında daha iki “qapazaltı” faktı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXI turun görüşləri iki cütdə bir rəqibin 3-cü məğlubiyyəti ilə əlamətdar olub.

 

Vaxtilə Georgi Nikolovun prezidenti olduğu “İnter”in “abunə”çisi adlandırdığı “Neftçi” bu dəfə “Zirə”nin “qapazaltı”sına çevrilib. Sonuncular mövsümdə 3-cü dəfə rəqibini xalsız qoyub - 1:0, 2:0, 2:1.

 

Bundan bir gün öncə isə “Sumqayıt” “Qarabağ”dan 3-cü “sillə”ni alıb - 3:0, 2:0, 4:0. “Gənclik şəhəri” təmsilçisi Ağdam klubunun 3-cü “qapazaltı”sıdı. Belə ki, AZAL (6:0, 1:0, 2:1) və “Zirə” də (2:0, 2:0, 2:0) “Qarabağ”a 9 xal verib.

 

Bundan başqa “Qəbələ” “Neftçi”ni (8:0, 4:1, 1:0), “İnter” AZAL-ı (3:1, 3:0, 1:0) 3 dəfə məğlub edib.