[b]“Neftçi” və yığmanın eyni rəqibi[/b]
15.07.2016 - 18:30
[b]“Neftçi” və yığmanın eyni rəqibi[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan “Mlada Boleslav”ın baş məşqçisi Karel Yarolimin Çexiya yığmasının “sükanı arxasına” keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bunu Çexiya Futbol Federasiyası açıqlayıb.

 

60 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun qarşısına DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub ki, bu yarışın seçmə mərhələsində də Yarolimin komandası Azərbaycan millisinin rəqibidi.

 

Həm klub, həm yığmada təmsilçilərimizə rəqib olan mütəxəssis millidəki fəaliyyətinə avqustda start verəcək və bir müddət hər iki postda çalışacaq.