Avropa Liqasının 2016/17 mövsümünə I təsnifat mərhələsindən başlayacaq 98 komandadan 56-sı bəllidi. Apasport.az saytının məlumatına görə, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki 3 təmsilçisinin potensial rəqibləri də məlum olub.
Artıq avrokuboklara vəsiqə qazandığı dəqiqləşən “Kəpəz”in püşk zamanı hansı səbətdə yer alacağı rəsmiləşməyib. Çünki məlum olan 56 klubdan 9-nun səpələnib-səpələnməyəcəyi müəyyənləşməyib. Elə ölkəmizin daha bir təmsilçisinin də taleyi bəlli deyil.
Digər 47 komandadan 25-i səpələnmiş olacaq. İkinci səbətin isə 22 komandası məlumdu. Bu komandalar Azərbaycanın digər təmsilçisinə potensial rəqibdi. Çünki “Neftçi” və “Qəbələ”dən hansı Avropa Liqasına düşsə, səpələnmiş olacaq və bu 22 komandadan biri ilə oynayacaq. Həm Bakı, həm Qəbələ təmsilçisinin kənarda qalması isə mümkün deyil. Onların hər ikisi bunu bacarsa, səpələnmişlərdən olacaq.
Səpələnmişlər: HİK (Finlandiya), AEK (Kipr), AİK, “Höteborq” (hər ikisi İsveç), “Slovan” (Slovakiya), “Debretsen”, “Videoton” (hər ikisi Macarıstan), “Aktobe” (Qazaxıstan), “Şaxtyor” (Belarus), “Ventspils” (Latviya), “Aberdin”, “Harts” (hər ikisi Şotlandiya), “Lokomotiva” (Xorvatiya), “Reykyavik” (İslandiya), “Dila” (Gürcüstan), “Odd” (Noeveç), “Rabotniçki” (Makedoniya), “Vaduts” (Lixtenşteyn), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “Şemrok Rovers”, “Sent Patriks” (hər ikisi İrlandiya), “Linfild” (Şimali İrlandiya), “Stabek” (Norveç), “Beytar” (İsrail)
Səpələnməmişlər: “Şkendiya” (Makedoniya), “Valyur”, “Vikinqur” (hər ikisi İslandiya), MTK (Macarıstan), “Hibernians” (Malta), “Suduva”, “Arlantas”, “Trakai” (hamısı Litva), RAF, “Spartak” (hər ikisi Latviya), “Rovaniemi”, “Mariehamn” (hər ikisi Finlandiya), “Lusitanos” (Andorra), “Samtredia” (Gürcüstan), “Banants” (Ermənistan), “Runavik” (Farer adaları),”Qlenavon” (Şimali İrlandiya), “Kork Siti” (İrlandiya), “Sileks” (Makedoniya), “Bala Taun”, Landudno” (hər ikisi Uels), “Europa” (Cəbəllütariq)
Qeyri-müəyyənlər: “Kəpəz” (Azərbaycan), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Breydablik” (İslandiya), “Zimbru” (Moldova), “Ordabası” (Qazaxıstan), “Kliftonvill” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), “Birkirkara” (Malta)
Qeyd edək ki, avrokubokların I və II təsnifat mərhələlərin püşkü iyunun 20-də atılacaq.
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq