[b]“Neftçi” xorvatiyalını bəyənmədi[/b]
13.01.2017 - 23:20
[b]“Neftçi” xorvatiyalını bəyənmədi[/b]

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıqları davam edir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” baxışa gəlmiş xorvatiyalı hücumçu Damir Vidoviçi bəyənməyib.

 

Xorvatiyalı oyunçu artıq komandanın düşərgəsində deyil. Futbolçu bir neçə gün baxışda olduqdan sonra komandamızın ölkəsinə göndərilib.

 

Qeyd edək ki, Vidoviç “Neftçi”nin “Sivasspor” və “Nasaf”a qarşı hazırlıq oyunlarında forma geyinmiş, ancaq özünü yaxşı tərəfdən göstərə bilməmişdi.