[b]“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək[/b]
05.08.2016 - 22:33
[b]“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək[/b]

“Neftçi” Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündəki ilk matçına ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vəli Qasımov klubun rəsmi saytına açıqlamasında deyib.

 

Belə ki, Vançe Şikov, Elşən Abdullayev və Araz Abdullayev ilk turda AZAL-la oyunda meydana çıxmayacaq.

 

“Oyuna hazırlığımızı artıq başa vurmuşuq. Baxmayaraq ki, heyətlə bağlı çətinliyimiz var. Son Avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq.

 

Yaxın günlərdə əməliyyat olunmuş Elşən Abdullayev də sabah bizə kömək edə bilməyəcək.

 

Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq” – deyə Vəli Qasımov bildirib.