Topaz Premyer Liqasının XXIII turunda “Zirə”nin qonağı olacaq “Neftçi” matçın hazırlığını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, zədəli futbolçuların olduğu “ağ-qaralar”da Cavid İmamverdiyev sıraya dönüb.
Dişindəki ağrı ilə əlaqədar adı “Qarabağ”la matçın iştirak ərizəsinə daxil edilməyən İmamverdiyev problemdən qurtulub. Artıq kollektivlə birgə məşqlərə qatılan Cavidin “Zirə” ilə matçda iştirakı üçün əngəl qalmayıb. Baş məşqçi Əsgər Abdullayev şans verəcəyi təqdirdə, yarımmüdafiəçi şənbə günü keçiriləcək görüşdə meydana çıxacaq.
İmamverdiyevin qayıdışı məşqçilər korpusunu sevindirsə də, komandanın heyətlə bağlı problemləri qalmaqdadı. Zədəsini hələ də tam sağaltmayan Məqsəd İsayev sıraya dönməyib. Onunla müqayisədə, Məhəmməd Qurbanov fərdi məşqlərə başlasa da, o da “Zirə” ilə matçı buraxacaq.
Komandanın yeni transferi Nikolas Kanales də hələlik fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu 15:00-da start götürəcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”