Topaz Premyer Liqasının XII turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Neftçi” oyuna itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, uzun müddətdi zədədən əziyyət çəkən Elşən Abdullayev bu görüşdə də komandasına kömək edə bilməyəcək.
Hələ də sıraya dönməyən Abdullayev “Neftçi”nin yeganə itkisi deyil. Belə ki, paytaxt klubu Fəhmin Muradbəyli ilə bağlı da sıxıntı yaşayır. Ötən turda da meydana çıxmayan gənc futbolçu hazırda müalicə olunur. Odu ki, Fəhminin “Sumqayıt”a qarşı matçda iştirakı inandırıcı görünmür.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 14:00-da start götürəcək.