[b]“Neftçi”də yeni məşqçi[/b] - FOTO
11.05.2017 - 17:00
[b]“Neftçi”də yeni məşqçi[/b] - FOTO

“Neftçi”nin köməkçi məşqçilərindən birinin adına aydınlıq gəlib. Bu barədə apasport.az saytına paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev məlumat verib.

 

O bildirib ki, yeni mövsümdən köməkçilərindən biri “Bakı”nın sabiq çalışdırıcısı Novruz Əzimov olacaq. Abdullayev digər məşqçinin isə ölkə xaricindən gələcəyini söyləyib: “Novruz müəllimlə yanaşı, daha bir həmkarımız bizimlə çalışacaq. Ancaq o, əcnəbi mütəxəssis olacaq. Həmin məşqçi iyul ayının 1-də komandaya qoşulacaq”.

 

Qeyd edək ki, “Neftçi” mayın əvvəlində köməkçi məşqçilər İqor Getman və Aleksandr Deriberinlə yollarını ayırmışdı.