[b]“Neftçi”də yeni məşqçi[/b]
14.06.2017 - 11:10
Transfer çalışmalarını davam etdirən “Neftçi” məşqçi heyətinə də əl gəzdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisində yeni məşqçi təyinatı baş tutub.
Bu yaxınlarda Dmitri Kramarenko ilə yollarını ayıran “ağ-qaralar” qapıçılarla işləyən məşqçisi vəzifəsinə Rauf Salamovu gətirib.
49 yaşlı mütəxəssis bu komanda üçün yad sima deyil. Belə ki, o, 1994-1996 və 1998-1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.
0
0