[b]“Neftçi”də yeni prezident[/b]
06.07.2017 - 20:03
[b]“Neftçi”də yeni prezident[/b]

“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib. Apasport.az klubun rəsmi saytına istinadən məlumat verir ki, təsisçinin qərarı ilə “İcraçı direktor” vəzifəsi ləğv edilib, “Prezident” və “Vitse-prezident” vəzifələri təsis edilib.

 

“Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək.

 

Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

 

Müşahidə Şurası əvvəlki tərkibdə “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.