[b]“Neftçi”dən ad günü hədiyyəsi[/b]
09.02.2017 - 17:42
[b]“Neftçi”dən ad günü hədiyyəsi[/b]

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “İnter” – “Neftçi” matçından öncə qonaqlar maraqlı addım atıblar. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın futbolçuları meydana üzərində “Forza 8” yazılmış formalarla ayaq basıblar.

 

Bu isə “Forza Neftçi” fan-klubunun 8 illiyini qeyd etməsi ilə bağlı olub. Futbolçular görüşün start fitindən öncə həmin formaları çıxararaq, azarkeşlərə hədiyyə ediblər.

 

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada “Neftçi” 1:0 hesabı ilə öndədi.